Hillari Klinton Nyu-Yorkun meri postuna namizədliyini irəli sürə bilər

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ-ın prezident seçkilərində Donald Trampa məğlub olan sabiq dövlət katibi Hillari Klinton namizədliyini Nyu-York şəhərinin meri vəzifəsinə irəli sürmək imkanlarını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.

Onun mənbələrinin məlumatına görə, Klinton ötən ay Nyu-Yorkda siyasi dairələrin nümayəndələri ilə baş tutan xüsusi görüşdə ABŞ-ın ən böyük şəhərinin meri postuna namizədliyini verə biləcəyini istisna etməyib.

ABŞ-ın sabiq dövlət katibi əvvəllər Nyu-York ştatından senator kimi işləyib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09