Hillari Klinton ABŞ-dakı son prezident seçkiləri haqqında kitab yazmağa başlayıb

Bakı. 2 fevral. REPORT.AZ/ ABŞ-ın keçmiş dövlət katibi və Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd Hillari Klinton son seçki kampaniyası haqqında kitab yazmağa başlayıb. 

"Report" BBC-yə istinadən xəbər verir ki, kitabın bu ilin payızında çap olunması planlaşdırılır. 

Kitabı daha əvvəl H.Klintonun altı ədəbi əsərini dərc edən "Simon & Schuster" nəşriyyat evi buraxacaq.

70 yaşlı H.Klinton ədəbi sahədə fəallaşmasıyla bərabər, ona ödənişli mühazirə turları təşkil edən "Harry Uoker Agentliyi" ilə müqaviləsini də yeniləndiyini açıqlayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10