HƏMAS-ın baş danışıqçısı Xəlil əl-Hayyə bu gün səhər saatlarında Qahirədə Misir və Qətərdən olan vasitəçilərlə görüşəcək.
"Report"un Yaxın Şərq KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə HƏMAS-ın yüksək rütbəli nümayəndəsi bildirib.
Görüş İsraillə Misirin kurort şəhəri Şarm əş-Şeyxdə keçiriləcək dolayı danışıqlardan əvvəl baş tutacaq.
Məlumata görə, ilkin danışıqlar səhər saat 10:00-da başlamalı idi. Danışıqlar müvəqqəti atəşkəs tarixinin müəyyənləşdirilməsinə, həmçinin sülh planının ilk mərhələsi üçün şəraitin yaradılmasına yönəldiləcək.