HƏMAS Beyrutda 7 nümayəndəsinin öldürüldüyünü açıqlayıb

İsrailin dron hücumu nəticəsində Livanın paytaxtı Beyrutda HƏMAS-ın yüksəksəviyyəli nümayəndələri olmaqla yeddi üzvü ölüb.

“Report” xəbər verir ki, bu barədə HƏMAS teleqramda bildirib.

Siyasi büro sədrinin müavini Saleh əl-Arurinin ölümünü etiraf edən Fələstin təşkilatı insidentdə ümumilikdə yeddi nümayəndəsinin həlak olduğunu açıqlayıb.

Onların arasında “İzzəddin əl-Qəssam” briqadasının komandiri Əbu Amer kimi tanınan Samir Fəndi də olub.

Xatırladaq ki, daha öncə Livan mətbuatında ölkənin paytaxtının şəhərətrafına dron hücumuna dair məlumat yayılmışdı.

Digər xəbərlər

Paşinyan Rusiyaya səfər edəcək 18 dekabr, 2025 / 13:53