Hakan Fidan Misirə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə rəsmi səfər edəcək.

“Report”un xəbərinə görə, bu barədə NTV məlumat yayıb.

Türkiyənin XİN başçısı səfər çərçivəsində Misirdə təşkil olunacaq D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 21-ci Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Digər xəbərlər