Türkiyənin xarici işlər naziri Hakan Fidan G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün səfərdə olduğu ABŞ-də təmaslarını davam etdirir.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, türkiyəli nazir toplantı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Görüşdə Türkiyə-ABŞ münasibətləri və ikitərəfli gündəliyin müxtəlif məsələləri ilə yanaşı, ABŞ ilə İran arasında aparılan danışıqlar prosesi, Qəzza zolağındakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi və digər regional məsələlər müzakirə olunub.