Haitidə avtobus gözləyən insanlar atəşə tutulub, 8 nəfər ölüb

Haitinin paytaxtı Port-o-Prens şəhərinin cənub rayonlarından birində naməlum şəxslər tərəfindən törədilən silahlı insident nəticəsində azı 8 nəfər həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilir ki, silahlı şəxslər ictimai nəqliyyat gözləyən insanları atəşə tutaraq, ərazidən uzaqlaşıblar. Hadisə zamanı daha 10 nəfər yaralanıb.

Digər xəbərlər