Haftarın ordusu Türkiyə və Rusiyanın atəşi dayandırmaq təşəbbüsünü rədd edib

Xəlifə Haftarın koomandanlıq etdiyi Liviya milli ordusu atəşin dayandırılması barədə Rusiya və Türkiyənin təşəbbüsünü rədd edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general Əhməd əl-Mismari bildirib.

Çərşənbə günü İstanbuldakı görüşdən sonra Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə və Rəcəb Tayyib Ərdoğan Liviya münaqişəsinin bütün tərəflərini yanvarın 12-də gecə yarısından döyüş hərəkətlərini dayandırmağa çağırıblar.

Qeyd edək ki, Xəlifə Hatarın ordusu Liviyanın bir sıra şəhərlərini nəzarət altına alıb.  

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28