Göyərtəsində 160 nəfərin olduğu Koreya təyyarəsi tüstülənərək təcili eniş edib

Bakı. 9 iyun. REPORT.AZ/ "Korean Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi pilotun kabinəsində tüstülənmə səbəbindən təcili eniş edib.

"Report" TASS-a istinadən xəbər verir ki, hava gəmisi Pusan – Fukuoka marşrutu üzrə hərəkətdə olub.

İlkin məlumatlara görə, insident nəticəsində heç kim zərər çəkməyib. Təyyarənin göyərtəsində təqribən 160 sərnişin və heyət üzvü olub.

Digər xəbərlər