Gələn həftə Putinlə Makron arasında danışıqlar olacaq

Fransa prezidenti Emmanuel Makron gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, danışıqlar Ukraynadakı vəziyyətlə bağlıdır.

Makron bu bəyanatla Yelisey sarayında Fransanın 2022-ci ilin birinci yarısında Avropa İttifaqına sədrliyi zamanı prioritetlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

“Avropa ölkələri Ukraynadakı münaqişəni müstəqil həll edə bilməz, çünki bu, həm də digər dövlətlərin xoş niyyətindən asılıdır”, - Makron bildirib.

Digər xəbərlər

Kir Starmer Qətərdədir 10 aprel, 2026 / 16:46