Bakı. 1 dekabr. REPORT.AZ/ "Böyük iyirmilər" ölkələrinin liderləri Buenos-Ayresdə keçirilən sammitdə birgə bəyannaməni razılaşdırıblar.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Argentina prezidenti Maurisio Makri "İyirmiliyin" görüşünün bağlanışı mərasimində deyib.
"Biz bəyanatda ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyini əks etdirən saziş əldə etmişik", - deyə o bildirib.
"Biz iqlimin bütün dəyişmələri ilə bağlı narahatlığı təsdiqləmişik", - deyə Makri əlavə edib.
Argentina lideri onu da qeyd edib ki, ölkələr onların qarşısında "çox ciddi çağırışlar"ın" olduğunu etiraf edirlər.