Ukraynada "Starlink" peyk internetinin hərbi versiyasının – "Starshield"in işi tamamilə bərpa edilib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.
"Starlink" və "Starshield" xidmətlərinin işi bərpa edilib və məlumatların ötürülmə sürəti bütün məhdudiyyətlərin tətbiqindən əvvəlki səviyyəyə qayıdıb", - o qeyd edib.