Şimali Koreya lideri Kim Çen Inın Çinin Dandun əyalətinə səfəri zamanı onu ÇXR sədri Si Cinpinqin əsas məsləhətçilərindən biri olan Van Hunin müşayiət edib.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi xəbər verir.
Bildirilir ki, o, Kim Çen Ina Si Cinpinqin səmimi salamlarını və ən xoş arzularını çatdırıb.
"Şimali Koreya lideri Dandundakı avtomobil zavodunu ziyarət edərək onun istehsalı ilə tanış olub, - TASS xəbər verib.
Bu arada, "Yonhap" agentliyinin məlumatına görə, Kim Çen Inın səfəri bu gün başa çatacaq.
Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In Çinin sərhəd şəhəri Danduna gəlib.
"Report" xəbər verir ki, bu barədə bu gün "Yonhap" agentliyinə hökumətdəki mənbə məlumat verib.
Səfər iki ölkəni birləşdirən Yalu çayı üzərindəki yeni açılmış körpü vasitəsilə həyata keçirilib.
Digər təfərrüatlar açıqlanmır.
Bu, onun 2025-ci ilin sentyabrında Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində Qələbəsinin 80 illiyi münasibətilə Pekində keçirilən və Çin Sədri Si Cinpinlə ali səviyyədə görüş keçirdiyi hərbi paradda iştirakından sonra bu ölkəyə ilk səfəridir.