Fumio Kisida Yaponiyanın yeni Baş naziri olacaq

Yaponiya sabiq xarici işlər naziri Fumio Kisida bugünkü səsvermədən sonra hakim Liberal-Demokrat Partiyasının yeni sədri seçilib.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bununla da onun Yaponiyanın yeni Baş naziri olacağı dəqiqləşib.

Bu, partiyanın saytında canlı yayımlanan səsvermənin nəticələrinə əsasən məlum olub.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09