Fransada yanğın zamanı 22 nəfər xəsarət alıb

Bakı. 20 avqust. REPORT.AZ/ Parisin Obervilye kommunasında baş verən yanğın zamanı 5-i uşaq olmaqla, 22 nəfər xəsarət alıb.

“Report” "Actu17" portalına istinadən xəbər verir ki, xilasetmə xidmətinə yanğın barədə məlumat avqustun 19-da axşam saat 7-də daxil olub.

Bildirilir ki, yaralılardan 10-u polis olmaqla, 15 nəfərinin vəziyyəti yüngül, digər 7 nəfərinki isə ağırdır. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Digər xəbərlər