Fransada qar uçqunu nəticəsində 5 hərbçi ölüb

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Fransada Alp dağlarında baş vermiş qar uçqunu nəticəsində 5 hərbçi həyatını itirib. 

"Report"un "BFM TV"yə istinadən verdiyi məlumata görə, hadisədə daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə günün ikinci yarısında Savoya departamentində, Valfrejüs kurortunda baş verib. 

Digər xəbərlər