Fransa prezidenti Astanada Ukrayna ilə bağlı keçiriləcək görüşdə irəliləyişin olacağına ümid edir

Bakı. 5 yanvar. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland bildirib ki, yanvarın 15-də keçirilməsi nəzərdə tutulan Ukrayna ilə bağlı "Normand formatındakı" görüşdə irəliləyişin olacağına ümid edir. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Bir müddət əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Ukrayna ilə bağlı "Normand formatındakı" (Almaniya, Fransa, Ukrayna və Rusiya) görüş  yanvarın 15-də Astanada keçiriləcək. Qazaxıstan yanvarın 15-16-da və ya digər vaxt Ukraynada vəziyyət haqqında danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu təsdiq edib. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09