Fransanın Baş naziri Sebastyan Lekornyunun valideynləri təhlükəsizlik səbəbindən mühafizə ilə təmin edilib.
"Report" xəbər verir ki, bu barədə Fransa KİV-ləri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, S.Lekornyunun Normandiyanın Er departamentində yaşayan valideynlərini daim üç polis əməkdaşı - bir sürücü və iki mühafizəçi müşayiət edir.
Fransa XİN-dəki mənbə bunun zəruri addım olduğunu deyib. Mümkün risklər və təhdidlərlə bağlı təfərrüatlar açıqlanmayıb.