“Finlandiya milli təhlükəsizliyi ilə bağlı sual yaranarsa, NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır”.
“Report” xəbər verir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin parlamentin iclasında bildirib.
“Finlandiya milli təhlükəsizlik məsələsi kəskinləşərsə, NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır”, - YLE teleradio yayım korporasiyası Marindən sitat gətirib”, - baş nazir bildirib.
Qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinistö bəyan edib ki, NATO-ya daxil olması üçün heç bir əsas yoxdur.