Filippində zəlzələ nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb - YENİLƏNİB

Filippinin Mindanao adasında baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə Yanğından Mühafizə Bürosunun (BFP) məlumatında deyilir.

Saranqani əyalətində dağıdıcı zəlzələnin səbəb olduğu genişmiqyaslı dağıntılarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Son məlumatlara görə, zəlzələ nəticəsində Zamboanqa yarımadası, Şimali Mindanao, Davao regionu və digər ərazilərdə təxminən 6 224 məktəb binası zədələnib.

Filippinin cənub hissəsində baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Təbii Fəlakətlərin İdarə Olunması üzrə Milli Şuranın məlumatına görə, qeydə alınmış ölüm hallarının 33-ü Sokkssargen regionunda, 12-si isə Davao regionunda baş verib.

Bundan əlavə, zəlzələ nəticəsində 554 məktəb, 3 100-dən çox ev, 29 yol, 11 körpü və 100-dən çox hökumət binası zədələnib.

Digər xəbərlər