Filippinin şimalındakı Luzon adasında tüğyan edən "Trami" tropik fırtınasında ölənlərin sayı 110 nəfərə çatıb.
Bu barədə “Report” AFP-yə istinadən xəbər verir.
"Bazar günü axşam elan edildiyi kimi (yerli vaxtla - red.) azı 110 nəfər öldü", - agentlik bildirib. Həmçinin vurğulanıb ki, azı 42 nəfər itkin düşmüş hesab olunur.
Xatırladaq ki, daha əvvəl 81 nəfərin öldüyü bildirilib.