Filippində güclü yanğın olub, ölənlər var

Filippinin Sebu şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 4 uşaq ölüb.

"Report"un məlumatına görə, bu barədə "Xinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın təxminən yarım saat davam edib. Hadisə zamanı 11 aydan 11 yaşa qədər olan 4 uşaq dünyasını dəyişib. Bir qadın və bir kişi də xəsarət alıb.

Rəsmilərin məlumatına görə, ümumilikdə 7 bina alovlar içində qalıb. Yanğının başvermə səbəbi müəyyənləşdirilir.

Digər xəbərlər