Filippində "Funq-Vonq" super qasırğası nəticəsində ölənlərin sayı 8-dən 18-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayıb.
Məlumata görə, əksər insanlar torpaq sürüşməsi nəticəsində həlak olub. Ölkədə ümumilikdə 28 nəfər yaralanıb, iki nəfər itkin düşüb.
"Funq-Vonq" super qasırğası noyabrın 9-da Filippinə çatıb. Ölkənin 1,4 milyondan çox sakini təxliyə edilib. Güclü külək elektrik xətlərinə ziyan vurub.