ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, layihə Azərbaycanın ABŞ-dəki səfirliyinin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilib.