Fələstində İsrailə casusluqda ittiham olunan 3 nəfər barəsində edam hökmü çıxarılıb

Fələstinin Qəzza zolağında İsrailə casusluqda ittiham olunan 3 nəfər barəsində edam hökmü çıxarılıb.

“Report” xəbər verir ki, məlumatı Fələstinin “Al-Yum” saytı yayıb.

Fələstinin Daxili İşlər və Təhlükəsizlik Nazirliyi yanında Qəzza Hərbi Məhkəməsi mayın 24-də İsrail hakimiyyəti ilə əlaqəsi olan üç nəfər barədə ölüm hökmü çıxarıb.

Onlardan ikisinin hökmündən apellyasiya şikayəti verilə bilməz. Hökmə əsasən, İsraillə əlaqəsi olan iki nəfər asılaraq edam ediləcək.

Digər xəbərlər