İran ordusu İordaniyada F-18 qırıcılarının yerləşdiyi Əl-Əzraq bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Ordu İordaniyadakı "Əl-Əzraq" bazasında F-18 qırıcılarının dislokasiya yeri və Amerika ordusunun avadanlıqları olan obyektə PUA-larla zərbə endirib", - məlumatda bildirilib.
Qeyd olunub ki, atəşkəs haqqında razılaşma pozulandan sonra İran ordusu ABŞ-nin bölgədəki bazalarına və mərkəzlərinə qarşı PUA hücumlarının altıncı dalğasını həyata keçirib.