Ekvadorda həbsxanada baş verən qarşıdurmada 6 məhbus ölüb

Ekvadorun Quayas əyalətindəki həbsxanada baş verən qarşıdurmada azı altı məhbus həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məhbuslarla bağlı xidmət “X” sosial şəbəkəsində məlumat yayıb.

"Quayasdakı 1 saylı kişilər üçün təcridxanada insident baş verib, 6 nəfər həlak olub", - məlumatda bildirilir.

Yaralıların sayı barədə məlumat verilmir.

Penitensiar müəssisənin rəhbərliyi hadisənin səbəbini araşdırır.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50