Əfqanıstanda zəlzələ olub

Bakı. 30 İyun. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.

Təbii fəlakət Bakı vaxtı ilə 00.07-də qeydə alınıb. Məlumatda bildirilib ki, zəlzələnin mərkəzi Badaxşan vilayətinin Aşkaşam şəhərindən 22 km qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 18,5 km dərinlikdə olub.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. 

Digər xəbərlər