Əfqanıstanda silahlı şəxslər 13 nəfəri qətlə yetirib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Silahlı şəxslər Əfqanıstanda iki mikroavtobusu ələ keçirərək, 13 sərnişini qətlə yetiriblər.

"Report"-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, ölkənin şimalındaki Balx vilayətinin rəsmiləri, sərnişinlərin çoxunun Hazara etnik şiə azlığının nümayəndəsi olduğunu bildirib.

Bu terror hücumunun arxasında “Taliban” yaraqlılarının dayandığını ehtimal olunur.

Digər xəbərlər