Əfqanıstanda partlayış törədilib, ABŞ-ın 3 hərbçisi yaralanıb

Bakı. 14 mart. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində törədilən partlayış nəticəsində ABŞ-ın 3 hərbçisi yaralanıb.

“Report” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

İnformasiyaya əsasən, əldəqayırma partlayıcı quruğu hərbçilərin mindiyi nəqliyyat vasitəsinin təkəri altında partladılıb.

Hadisə ilə bağlı əlavə informasiya yayılmayıb.  

Digər xəbərlər