Əfqanıstanda məsciddə partlayış olub, 26 nəfər ölüb

Bakı. 23 noyabr. REPORT.AZ/ Əfqanıstanda məsciddə törədilən partlayış nəticəsində azı 26 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu məlumatı “Hürriyyet” yayıb.

Bildirilib ki, hadisə Əfqanıstanın şərqində, Pakistanla sərhəddə yerləşən Xost şəhərində baş verib. 

Digər xəbərlər