Əfqanıstanda məsciddə partlayış nəticəsində 20 nəfər ölüb

Bakı. 3 avqust. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Qardez şəhərində (Paktiya vilayəti) məsciddə partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər "Pajhwok" agentliyi 20 nəfərin öldüyünü, azı 40 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı barədə məlumat verib.

Bildirilib ki, məscidə cümə namazı vaxtı iki terrorçu-kamikadze hücum edib.

Yerli hökumət orqanlar partlayış olduğunu təsdiqləyiblər. Hadisənin təfərrüatları aydınlaşdırılır.

Digər xəbərlər