Əfqanıstanın Bəlx vilayətinin Məzari-Şərif şəhərində məsciddə törədilmiş partlayış nəticəsində azı 30 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi məlumat yayıb.
Həkimlərin sözlərinə görə, xəstəxanalara 80 yaralı yerləşdirilib.
Hadisənin insanlar namaz vaxtı məscidə toplaşarkən baş verdiyi bildirilir.
13:24
Əfqanıstanın Məzari-Şərif şəhərində namaz vaxtı məsciddə patlayış törədilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli "1TV News" telekanalı məlumat yayıb.
Bildirilib ki, məscid şəhərin gediş-gəlişin çox olduğu hissəsində yerləşir. Partlayış nəticəsində çoxsaylı yaralının olduğu güman edilir.