Əfqanıstanda 7 polis taliblər tərəfindən öldürülüb

Bakı. 5 mart. REPORT.AZ/ Əfqanıstanın şimalında "Taliban" radikal hərəkatı yaraqlılarının hücumu nəticəsində ən azı 7 polis ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli hökumət nümayəndəsinə istinadən "Sinxua" məlumat yayıb.

Yaraqlılar bazar günü Kunduz əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Digər xəbərlər