​Əfqanıstanda 12 dinc sakin ölüb, 6-sı yaralanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Əfqanıstanın Vardak əyalətində minaatanlardan açılan atəş nəticəsində azı 12 dinc sakin ölüb, 6 nəfər yaralanıb.

"Report" Əfqanıstan televiziyasına istinadən xəbər verir ki, atəş nəticəsində ölənlərdən 6-sı uşaqdır.

Hadisə Danbokay kəndindəki məscidin yaxınlığında baş verib.

Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməsə də, telekanalın məlumatına əsasən, həmin bölgədə ordu "Taliban" hərəkatının silahlılarına qarşı əməliyyat keçirir. 

Digər xəbərlər