Efiopiyada torpaq sürüşməsi olub, ölənlər var

Efiopiyanın şimalında, Amhara əyalətində torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə yerli rəsmi Tesfaye Vorkneyə istinadən "Amhara Media Corporation" xəbər yayıb.

Qeyd edilir ki, təbii hadisə avqustun 24-ü axşam saatlarında Qonder şəhərinin şimal bölgəsində baş verib. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Bundan əlavə, təbii fəlakət səbəbindən 2 mindən çox insan təxliyə edilib, onlar hazırda müvəqqəti məskunlaşma mərkəzlərindədir.

Digər xəbərlər

ABŞ-də 70-dən çox insan ölüb 29 yanvar, 2026 / 12:20
Çində 11 nəfər edam edilib 29 yanvar, 2026 / 10:04