Dünyada koronavirusa yoluxanların sayı 593 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 593 277 377 nəfərə çatıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

İndiyədək bu xəstəlikdən ölənlərin sayı 6 445 400 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya və Cənubi Koreya ilk yeddiliyi bölüşür.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12