ABŞ dövlət katibi Marko Rubio, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərləri Pit Heqset və Con Retkliff, eləcə də Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Prezident Donald Trampı Yaxın Şərqə səfərində müşayiət edəcək.
"Report"un məlumatına görə, bu barədə "Axios" xəbər yayıb.
"ABŞ rəsmisinin dediyinə görə, dövlət katibi Rubio, müharibə naziri Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Retkliff və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn regiona səfəri üçün ABŞ-nin Hərbi Hava Qüvvələrinin birinci təyyarəsində prezident Trampa qatılacaqlar", - o yazıb.