​Donald Tramp Ukraynanın NATO-ya üzv olmasını az əhəmiyyətli sayıb

Bakı. 17 Avqust. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, amerikalı sahibkar Donald Tramp Ukraynanın NATO-ya üzvlük məsələsinə xüsusi əhəmiyyət vermədiyini bildirib.

“Mən buna böyük əhəmiyyət vermək istəməzdim. Əgər bu baş verərsə, çox gözəl, olmasa eybi yox”, — deyə “Report” “Еizvestia.com”a istinadən onun sözlərini sitat gətirir.

D.Tramp avqustun 15-də bəyan edib ki, prezident seçkilərində qələbə qazanacağı təqdirdə ABŞ-da qeyri-qanuni olaraq yaşayanların hamısını ölkədən deportasiya edəcək.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09