Davudoğlu İordaniya səfərini təxirə salıb

Bakı. 14 mart. REPORT.AZ/ Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə baş naziri Əhməd Davutoğlu İordaniyaya planlaşdırılan səfərini təxirə salıb.

"Report"-un məlumatına görə. bu barədə "Associated Press" agentliyi İordaniya mətbuatına istinadən xəbər yayıb.

Səfər martın 15-nə planlaşdırılmışdı.

Xəbər verdiyimiz kimi, martın 13-də Ankaranın mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən qanlı terror aktı törədilib. Ən son məlumata görə, həlak olanların sayı 34 nəfərə çatıb. Ölənlərdən ikisinin terrorçu olduqları güman edilir.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50