Danimarkada koronavirusun "omikron" ştamına yoluxan 18 nəfər dünyasını dəyişib.
Bu barədə "Report" TV2-yə istinadən xəbər verir.
Qeyd olunur ki, 30 gün ərzində "omikron" ştamı ilə 56 min yoluxma arasında 18 ölüm qeydə alınıb.
"Omikron" ölkədə noyabrın sonunda aşkar edilib və hazırda bütün müsbət testlərin 90%-ə qədəri ilə ölkədə dominant koronavirus ştamıdır.
Bununla belə, xəstəxanaya yerləşdirilənlərin sayı azalıb.