Danimarka sakini İstanbulda terror aktına yardım etməkdə şübhəli bilinərək həbs olunub

Bakı. 20 iyul. REPORT.AZ/ Danimarka məhkəməsi 2017-cı il yanvarın 1-nə keçən gecə İstanbulun gecə klubunda baş verən terror aktı törətməyə yardım göstərməkdə şübhəli bilinən Veyle şəhər sakinini dörd həftə müddətinə həbs edib. 

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Danimarka hakimiyyəti Türkiyədən şübhəli şəxsin saxlanılmasına və Türkiyə tərəfinə verilməsinə dair sorğu alandan sonra 42 yaşlı kişini həbs edib. 

İttihamçı Dorte Möller-Andersenin dediyinə görə, iyunun sonunda şübhəli şəxs terror aktının araşdırılması ilə bağlı saxlanılıb, lakin həmin vaxtda Türkiyədən sorğu olmadığına görə o, sərbəst buraxılıb.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28