Çinin XİN başçısı Qəzzanın idarə edilməsində Fələstinin aparıcı rolunu dəstəkləyib

Pekin ardıcıl olaraq Qəzza zolağının müharibədən sonrakı idarəçiliyində Fələstinə əsas rolun verilməsinin tərəfdarı kimi çıxış edəcək.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Van İ BƏƏ, Səudiyyə Ərəbistanı və İordaniyaya səfərlərinin yekunları ilə bağlı Çin mediasına müsahibəsində bildirib.

"Çin Qəzzanın müharibədən sonrakı idarəçiliyində Fələstinin dominant mövqeyini bundan sonra da dəstəkləyəcək və beynəlxalq birliyi öz öhdəliklərini effektiv şəkildə yerinə yetirməyə çağırmağa davam edəcək", - o deyib.

Çin diplomatiyasının rəhbəri vurğulayıb ki, Qəzzanın gələcəyi ilə bağlı istənilən razılaşma Fələstin xalqının iradəsinə hörmətə əsaslanmalı və Yaxın Şərq ölkələrinin qanuni maraqlarını nəzərə almalıdır.

Digər xəbərlər