Bakı. 23 noyabr. REPORT.AZ/ Pakistanın Karaçi şəhərində Çin konsulluğunun binası yaxınlığında naməlum şəxslərlə atışma nəticəsində 2 polis əməkdaşı ölüb, 1-i yaralanıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, naməlum şəxslər konsulluğun binası yaxınlığında əl qumbarası partladıb, daha sonra atəş açıblar.
Polis cavab atəşi ilə 3 terrorçunu məhv edib.
Konsulluğun binasına hücumun məsuliyyətini “Bəlucistan Azadlıq Ordusu” üzərinə götürüb.