Çinin müdafiə naziri Rusiyaya səfər edəcək

Çinin müdafiə naziri Li Şanfu aprelin 16-da Rusiyaya səfər edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə baş tutacaq. 

L.Şanfunun aprelin 19-dək davam edəcək səfər çərçivəsində rusiyalı həmkarı ilə yanaşı, bir sıra rəsmilərlə də görüşlər keçirməsi nəzərdə tutulub. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09