Çinin cənub-qərbində 5 maqnitudalı zəlzələ olub

Çinin cənub-qərbindəki Sıçuan əyalətində 5 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Çinin Seysmik Şəbəkələr Mərkəzinə (CENC) istinadən məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45