Çində yaşayış evi uçub: 7 ölü

Bakı. 3 fevral. REPORT.AZ/ Çində yaşayış evinin uçması insan tələfatına səbəb olub.

"Report"un məlumatına görə, bu barədə "Sina" portalı xəbər verib.

Məlumata görə, hadisə Şərqi Çində, Çjeçzyan vilayətinin Vençjou şəhərində baş verib. Hadisə zamanı 7 nəfər ölüb, daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar arasında 63 yaşlı qadın da var. O, dağıntılar altından çıxarılıb.

Hazırda müvafiq qurumlar hadisə yerindədir. Hadisənin başvermə səbəbləri ilə bağlı təhqiqat aparılır.

Digər xəbərlər