Çində tekstil fabrikində yanğın nəticəsində 8 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətinin Foşan şəhərində tekstil fabrikində baş verən yanğın nəticəsində azı 8 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Yanğın sentyabrın 20-si axşam saatlarında Şunde rayonunda baş verib. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

Digər xəbərlər