​Çində kömür şaxtasında yanğın olub, 21 nəfər ölüb

Bakı. 21 noyabr. REPORT.AZ/ Çinin Heyluntszyan əyalətindəki daş kömür şaxtasında baş verən yanğın nəticəsində azı 21 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Yanğın baş verən zaman şaxtada 38 nəfər çalışırmış.

Son məlumata görə, yanğın söndürülüb, hadisə yerində xilasedicilər işləyir.

Digər xəbərlər

Serbiya parlamenti buraxılıb 09 sentyabr, 2026 / 14:48
Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03