Bakı. 5 iyul. REPORT.AZ/ Çinin cənubunda, Xaynan əyalətində amfibiya-təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, qəza əyalətin Vanin şəhərində təlim uçuşu zamanı olub.
Turist şirkətinə məxsus təyyarənin göyərtəsinə iki pilot olub.
Xilasedicilər pilotlardan birinin meyitini sudan çıxarıb, ikincinin axtarışı davam edir. Qəzanın səbəbi araşdırılır.